İyn
2018
18:47
73
216
4631
Virtual karabakh

Gəncədə baba həbsxanadakı nəvəsinə telefon keçirmək istədi - FOTO

9 İyn, 2018
18:47
4631

Gəncədə baba həbsxanadakı nəvəsinə telefon keçirmək istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən və 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyn oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd qol saatı formasında mobil telefon aparatı, bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri