19 
İyn
2018
10:36
147
29
1845
Virtual karabakh

Zaqatala sakini marixuana satarkən tutulub

19 İyn, 2018
10:36
1845

Zaqatala sakini marixuana satarkən tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki, o, bir kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri