19 
İyn
2018
15:40
258
20
2498
Virtual karabakh

Bakıda motosiklet oğrusu tutulub

19 İyn, 2018
15:40
2498

Bakıda motosiklet oğrusu tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.

Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri