30 
İyn
2018
12:21
137
421
17591
Virtual karabakh

Keçmiş arvadını məhkəmə zalında öldürdü - YENİLƏNİB

30 İyn, 2018
12:21
17591

Keçmiş arvadını məhkəmə zalında öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərindəki qətl hadisəsi ilə bağlı məlumat yayıb. 

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.

X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı baş verib.

29 iyun, 13:45

Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Məlumata görə, ər və arvad dörd il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri