12 
İyl
2018
17:26
376
39
6547
Virtual karabakh

Süpürgəçini maşınla vurub öldürən məhkəmə qarşısında

12 İyl, 2018
17:26
6547

Süpürgəçini maşınla vurub öldürən məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Musayevin (1982-ci il təv.) CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın məlumatına görə, bu il martın 27-də saat 18 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomaşınla paytaxt sakini Cəmilə Salahovanı vurub. 

Nəticədə yolun kənarında işləyən qadın hadisə yerində keçinib. 

Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi törədən sürücü, əvvəllər məhkum olunmuş Zaur Musayevi saxlayıblar.

Ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış ayın 19-na təyin edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri