14 
İyl
2018
11:33
43
387
16811
Virtual karabakh

Rəfiqəsinin üzünə “kislota” tökdü və Azərbaycana qaçdı - VİDEO

14 İyl, 2018
11:33
16811

Rəfiqəsinin üzünə “kislota” tökdü və Azərbaycana qaçdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Adam öldürməyə cəhd” maddəsi ilə şübhəli bilinən Başqırdıstanın paytaxtı Ufa sakini üç il sonra tapılıb. 

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildə yaxın rəfiqəsi ailəsini dağıtdığı üçün Zinaida İskəndərovadan intiqam almaq qərarına gəlir və üzünə sulfat turşusu tökür.

Zərərçəkmişin sözlərinə görə, rəfiqəsi evli ola-ola kənarda başqası il görüşməyə başlayır. Tezliklə əri onun xəyanəti haqqında öyrənir və onlar boşanırlar. Zinaidanın da rəfiqəsi onu ərinə xəyanət haqqında məlumat verməkdə və ailəsini dağıtmaqda ittiham edərək qisas almaq qərarına gəlir.

Zinaidanın bədən səthinin 70 faizi yanıb. Bir neçə ay xəstəxanada qalmalı olub. Ağır əməliyyatlar keçirib. Həkimlər çətinliklə gözlərini xilas ediblər və görmə qabiliyyətini qaytarmağa çalışırlar.

Cinayəti törədən isə Azərbaycana qaçıb. Hazırda cinayət işinin lazımi orqanlara yönləndirmək üzrə işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri