16 
İyl
2018
11:18
33
247
11083
Virtual karabakh

Mühafizəçi ev sahiblərini bıçaqladı, qadın öldü

16 İyl, 2018
11:18
11083

Mühafizəçi ev sahiblərini bıçaqladı, qadın öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində qeydə alınıb. 

Əvvəllər həmin bağ evində mühafizəçi işləyən, 1968-ci il təvəllüdlü İlqar Akif oğlu Xancanov bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. D.Əhmədova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. A. Şuşalı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İlqar Xancanovun əvvəllər də məhkum olunduğu bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri