19 
İyl
2018
20:41
43
230
5707
Virtual karabakh

Bakıda tanışını öldürən beş il cəza alıb

19 İyl, 2018
20:41
5707

Bakıda tanışını öldürən beş il cəza alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Sabit Bağırovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, bu il mayın 23-də Babək prospektindəki kafelərdən birinin qarşısından Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada kəskin qanitirmədən keçinib. 

Həmin gün Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Sabit Bağırovu saxlayıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Bağırova 11 il cəza təyin edilməsini xahiş edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri