20 
İyl
2018
15:44
257
34
4813
Virtual karabakh

Yanacaqdoldurma məntəqəsini soydu, kirayə pulunu ödədi

20 İyl, 2018
15:44
4813

Yanacaqdoldurma məntəqəsini soydu, kirayə pulunu ödədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. 

Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. 

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, daha sonra zərərçəkmiş Mehman Cabbarov ifadə verib. Onun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər: 

“Pul tələb etdilər, mən də qorxduğum üçün onlara 552 manat pul verdim. Sonra otaqdan çıxıb, qaçdılar. Dəymiş ziyan ödənilib. Şikayətim və tələbim yoxdur”.

Təqsirləndirilən N.Mustafayev qeyd edib ki, pula ehtiyacları olduğu üçün bu cinayəti törədiblər: 

“Məntəqəyə basqın etməyi Sərxan təklif etdi. Həmin pula kirayə haqqını ödəmişəm. Hazırda atam da həbsdədir. Əməlimdən peşmanam”.

Növbəti iclas iyulun 24-nə təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri