20 
İyl
2018
16:06
40
258
5541
Virtual karabakh

AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu

20 İyl, 2018
16:06
5541

AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın məlumatına görə, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb. 

Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Q.Cəbiyevlə M.Namazova tapşırıb.

Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edib.

Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı, “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər. 

Bundan əsəbiləşən Şücayət Əkbərovun növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar.

Lakin fikrini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qətimkan tədbiri verilib. 

Məhkəmə prosesində son sözlə çıxış edən Şücayət Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov və Q.Cəbiyev 16 il, A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

A.Hüseynovun cəza müddəti bitdiyi üçün o, iclas zalından dərhal azadlığa buraxılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri