20 
İyl
2018
18:57
26
297
10121
Virtual karabakh

Qəzəbli Şamaxı sakini avtomobili aşırdı, üç nəfəri döydü

20 İyl, 2018
18:57
10121

Qəzəbli Şamaxı sakini avtomobili aşırdı, üç nəfəri döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunda avtomobil qəzası törədilib, beş nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində rayonun Dağ Bağırlı kənd sakini Zeynalov Adil Surət oğlu qardaşı oğlu Zeynalov Röyal Sahib oğlu ilə birgə “VAZ 21011” markalı avtomobillə Göylər kəndində qarşıda hərəkət edən həmkəndlisi, Cəfərov Tural Həbib oğluna məxsus “VAZ 2107” markalı avtomobilin arxa tərəfdən vuraraq onu aşırıb.

Hadisə zamanı Tural Cəfərov və xalası oğlu Cəfərov Rəşadət Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sonra “VAZ 21011”-in sürücüsü Adil Zeynalov qarşıda hərəkətdə olan, Tural Cəfərovun qardaşı Cəfərov Xətai Həbib oğluna məxsus “VAZ 2106” markalı avtomobilin də qarşısını kəsərək onu aşırmaq istəyib.

Avtomobil dayanan kimi Adil Zeynalov və qardaşı oğlu Röyal Zeynalov sürücü Xətai Cəfərovu və onun atası Həbib Cəfərovu, qardaşı Agah Cəfərovu bel və ağacla döyərək onlara ağır bədən xəsarətləri yetiriblər. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, Xətai və Tural Cəfərovlar bu gün analarının ölümünün ildönümü ilə bağlı qəbiristanlığa ziyarətə gediblər və oradan geri qayıdarkən bu hadisə baş verib.

Hadisəni törədənlərlə xəsarət alanlar arasında əvvəllər də bir neçə dəfə münaqişə olduğu bildirilir. Hazırda polis əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri