22 
İyl
2018
13:18
29
318
9010
Virtual karabakh

Şamaxıda kütləvi dava baş verib, ağır yaralananlar var

22 İyl, 2018
13:18
9010

Şamaxıda kütləvi dava baş verib, ağır yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib, yaralılar var.

Oxu.Az-ın APA-ya istinadan verdiyi xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Dağ Bağırlı kəndində qeydə alınıb.
 
Kənd sakinləri Zeynalov Sahib, Zeynalov Sənan, Manafov Rafiq, Beydullayev Kabus, Zeynalov Elnur Zeynalov Fəxrəddin şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndliləri 1955-ci il təvəllüdlü Qafarov Həbib Gülağa oğlu, onun 30 yaşlı oğlu Tural Qafarov, eləcə də qardaşı Qafarov Səxavət və həyat yoldaşı Qafarova Mehribana ağac, bel və başqa küt alətlə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetiriblər. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri