30 
İyl
2018
18:58
409
233
28543
Virtual karabakh

Polis xəyanət edən arvadını boğub öldürdü - TƏFƏRRÜAT + YENİLƏNİB

30 İyl, 2018
18:58
28543

Polis xəyanət edən arvadını boğub öldürdü - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var. 

14:14

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub.

Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 29-da, Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri