Avq
2018
17:34
68
26
4718
Virtual karabakh

“Ailə” TV və lombarda basqın edənlərə hökm oxunub

1 Avq, 2018
17:34
4718

“Ailə” TV və lombarda basqın edənlərə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Kamil Əliyev, Rəşad Əhmədzadə, Asib Kambarov, Kamran SüleymanovOrxan Əliyevin CM-nin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, Kamran Süleymanov və qeyriləri 2017-ci il martın 15-də, Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq, gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı, habelə zərərçəkmişə məxsus 160 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar.

Həmin ilin iyun ayında qrup üzvləri Xətai RPİ və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaqın gedişatında məlum olub ki, onlar bundan əlavə, Nizami rayonunda fəaliyyət göstərən lombarda basqın etməklə, oradan 1250 manat pulu ələ keçiriblər.

Məhkəmənin hökmü ilə K. Əliyev 11 il, R. Əhmədzadə doqquz il, A.Kambarov, K.Süleymanov və O.Əliyev hər biri səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri