11 
Avq
2018
15:51
223
38
5065
Virtual karabakh

Daxili orqanında narkotik keçirmək istəyən şəxs tutuldu

11 Avq, 2018
15:51
5065

Daxili orqanında narkotik keçirmək istəyən şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb və vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, tibbi müayinə nəticəsində xanım vətəndaşın bədən boşluğunda 5 ədəd bükümdə cəmi 198 ədəd metadon adlı həb aşkar edilib.

Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və aşkar olunan 198 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 7,92 qram təşkil edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri