13 
Avq
2018
19:03
131
25
4566
Virtual karabakh

Neftçalada 20 minlik cinayətin üstü açıldı

13 Avq, 2018
19:03
4566

Neftçalada 20 minlik cinayətin üstü açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda 20 min manatlıq qızı-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri