20 
Avq
2018
17:11
44
148
14154
Virtual karabakh

Rusiyanın “baş oğrusunun” seçkisi baş tutub

20 Avq, 2018
17:11
14154

Rusiyanın “baş oğrusunun” seçkisi baş tutub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada “qanuni oğruların” son illər ərzindəki ən nəhəng “sxodka”sı keçirilib. Burada Rusiyanın baş oğrusunun adına aydınlıq gəlib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Rosbalt” agentliyi məlumat yayıb. 

Mərasim kriminal avtoritet Mixail Voevodin (Mixail Lujnetski) tərəfindən təşkil olunub və Lujnikov ərazisindəki elit restoranlardan birində baş tutub. Mərasimdə onlarla mafiya rəhbəri iştirak edib. “№1 qanuni oğru” olaraq Şişkan kimi tanınan Oleq Şişkanov seçilib. 

Agentlik bildirib ki, Şakro Molodoy ləqəbli Zaxariya Kalaşovun 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsi yeni mafiya rəhbərinin seçilməsi zərurəti yaradıb. 

Şişkanın seçilməsinə qədər bu posta əsas namizəd kimi Tara ləqəbli Tariel Muxulov göstərilirdi.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri