24 
Avq
2018
13:29
29
185
7058
Virtual karabakh

Davada iştirak etmək istəməyən azərbaycanlı öldürdü

24 Avq, 2018
13:29
7058

Davada iştirak etmək istəməyən azərbaycanlı öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Saratov bölgəsində doğum günü tədbiri zamanı törətdilən qətllə bağlı cinayət işi başlanılıb. 

Oxu.Az “Vzqlyad-info” portalına istinadla xəbər verir ki, istintaq məlumatlarına görə, avqustun 3-dən 4-nə keçən gecə Saratov şəhərinin Kamsk küçəsindəki hotellərdən birinin banket zalında doğum günü mərasimi keçirilib. 

Evə gedən zaman qonaqlar tanımadığı şəxslərlə mübahisə edib. Qonaqlardan biri tanımadığı şəxsdən alışqan istəyib, qarşı tərəf ona bunun olmadığını deyib. Bundan sonra tərəflər arasında mübahisə düşüb. 

23 yaşlı gənc mübahisədə iştirak etmək istəməyib, ancaq bu zaman 50 yaşlı həmyerlisinin döyüldüyünü görən gənc qarşı tərəfdəki şəxslərdən birinin başına zərbə vurub. Həmin şəxs aldığı zərbədən yerindəcə keçinib. 

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri