12 
Sen
2018
13:19
8
146
2792
Virtual karabakh

Bakıda keçmiş məhkum tanışını döyərək öldürüb

12 Sen, 2018
13:19
2792

Bakıda keçmiş məhkum tanışını döyərək öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək qətlə yetirib. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri