17 
Sen
2018
10:40
10
178
4099
Virtual karabakh

Bakı sakini qonşusunu öldürüb qaçdı

17 Sen, 2018
10:40
4099

Bakı sakini qonşusunu öldürüb qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda - Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəminində sonuncunu bıçaqlayıb. 

Sonra D.Abuzərov hadisə yerindən qaçıb. S.Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri