17 
Sen
2018
13:25
248
47
14126
Virtual karabakh

Ananı qızının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu

17 Sen, 2018
13:25
14126

Ananı qızının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Şirvan şəhər Polis şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.

Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri