18 
Sen
2018
11:23
194
45
6611
Virtual karabakh

Arvadını qətlə yetirən şəxs: Onu namus üstündə öldürdüm

18 Sen, 2018
11:23
6611

Arvadını qətlə yetirən şəxs: Onu namus üstündə öldürdüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfail Feyziyevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

R.Feyziyev sərbəst ifadə verərək, deyib ki, həyat yoldaşını namus üstündə öldürüb: 

“Arvadımın qardaşına, valideyninə məlumat verdim ki, sizin övladınız pis yoldadır. Ancaq bir tədbir görülmədi. Onun şəkilləri sosial şəbəkələrdə var idi. Yoldaşım sonradan deyirdi ki, kimsə onu narahat edir, ünsiyyət qurmağa vadar edir.

Mən bunu araşdırdım, bu barədə polisə məlumat verdim. Ancaq yenə də bir tədbir görülmədi. Şəkilləri sosial şəbəkədən götürüb, yoldaşıma göstərdim. O da qayıtdı ki, əcəb etmişəm, yaxşı eləmişəm. Bundan sonra cib bıçağını götürüb, onu qətlə yetirdim”. 

R.Feyziyev deyib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər də ifadə verib. 

Qeyd edək ki, Sumqayıtın 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü R. Feyziyevanı bıçaqlayaraq öldürüb. R.Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Etibar MƏMMƏDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri