19 
Sen
2018
07:03
157
21
4465
Virtual karabakh

Həkim ailəsini aldadan falçı qadınlar hakim qarşısına çıxarıldı

19 Sen, 2018
07:03
4465

Həkim ailəsini aldadan falçı qadınlar hakim qarşısına çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cavadova Venera Nailyevna Şahverdiyeva Könül İsrəfil qızının məhkəmə prosesi keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs özünü elan olunmuş ittihamla qismən təqsirli bilib. 

Məlum olub ki, Venera Cavadova zərərçəkmiş Aysel Bayramovanın evində uşağının dayəsi işləyib. Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub. V.Cavadova rəfiqəsi Könülün falçılıqla məşğul olduğunu deyərək, A. Bayramovanın uşağının problemini həll edəcəyini vəd edib. Buna görə ondan və digər şəxslərdən ayrı-ayrılıqda 60 min manatdan çox pul alıb. 

Qeyd edək ki, zərərçəkmiş Aysel Bayramova 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahovun qızıdır.

Etibar MƏMMƏDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri