20 
Sen
2018
11:29
101
9
2785
Virtual karabakh

Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutulub

20 Sen, 2018
11:29
2785

Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.   

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri