22 
Sen
2018
12:10
231
30
3980
Virtual karabakh

Bakı sakinini küçədə qarət edənlər tutuldu

22 Sen, 2018
12:10
3980

Bakı sakinini küçədə qarət edənlər tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə alması polisə şikayət edib.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimovun əvvəllər məhkum olublar.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalara davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri