24 
Sen
2018
10:39
42
152
11960
Virtual karabakh

Fədayə Laçın məhkəmədə: Kimlər gəldi, kimlər getdi

24 Sen, 2018
10:39
11960

Fədayə Laçın məhkəmədə: Kimlər gəldi, kimlər getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl F. Laçın dəmir barmaqlıqlar arasında mahnı ifa edib. 

O, şair Zeynal Xəlilin müəllifi olduğu “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısını ifa edib. 

Sonra hakim zala daxil olub və proses başlayıb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri