11 
Okt
2018
18:43
37
177
7050
Virtual karabakh

Ərini öldürən qadın: Anamı döyüb, qolunu dişlədi

11 Okt, 2018
18:43
7050

Ərini öldürən qadın: Anamı döyüb, qolunu dişlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs T.Vəliyeva ifadə verib.

O deyib ki, hadisə günü mərhum əri sərxoş vəziyyətdə evə gəlib və onu döyməyə başlayıb:

“Heç bir səbəb olmadan məni və daha sonra anamı döydü. Anamın qolunu dişlədi, onu öldürməyə cəhd etdi. Həmin vaxt anamın başına elə vurdu ki, başından qan açıldı. Bunu gördüm, elə bildim, anam öldü. Mən də özümdə olmadım, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”. 

Onun sözlərinə görə, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb.

Sonra təqsirləndirilən şəxs vəkil və prokurorun suallarını cavablandırıb. 

T.Vəliyeva onu da deyib ki, ərinin öldüyünü görəndən sonra bu barədə polisə məlumat verib. 

Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri