15 
Okt
2018
10:37
67
10
6130
Virtual karabakh

Bakıda akkumulyator oğruları tutuldu - FOTO\VİDEO

15 Okt, 2018
10:37
6130

Bakıda akkumulyator oğruları tutuldu - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu ərazisində telekommunikasiya şirkətinə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyator oğurlanıb.

Bu barədə Oxu.Az-a Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal ZeynalovRasif Hüseynov saxlanılıblar. 

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub. 

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov üç ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumulyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri