24 
Okt
2018
13:43
24
72
6701
Virtual karabakh

Tanınmış idmançının evini soyan şəxs: Qızın günahı yoxdur

24 Okt, 2018
13:43
6701

Tanınmış idmançının evini soyan şəxs: Qızın günahı yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son sözlə çıxış edib.

O, əməlindən peşman olduğunu deyib:

“Nərgizin bu işdə günahı yoxdur. Xahiş edirəm, ona cəza verməyin. Oğurluğu mən etmişəm”. 

Digər təqsirləndirilən N.Fərəcova isə son söz üçün məhkəmədən vaxt istəyib. 

Buna görə məhkəmə iclası oktyabrın 31-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri