25 
Okt
2018
14:11
69
374
13579
Virtual karabakh

Başqa kişi ilə mesajlaşan arvadını boğub öldürənə hökm oxundu

25 Okt, 2018
14:11
13579

Başqa kişi ilə mesajlaşan arvadını boğub öldürənə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yastıqla boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə müdafiə nitqi ilə vəkil Xəqani İmanov çıxış edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində  xüsusi amansızlıq faktı yoxdur:

“Bu baxımdan, hesab edirəm ki, onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla, ədalətli cəza seçilməlidir. Çünki o, könüllü gələrək təqsirini boynuna aldığından barəsində əmələ görə nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçündən artıq cəza verilə bilməz.

Məhkəmədən xahiş edirəm ki, Elvin Qəhrəmanlıya Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək, ən aşağı həddə cəza verəsiniz”. 

E.Qəhrəmanlı son söz deyərək, əməlindən peşman olduğunu deyib. 

Sonra hökm oxunub. 

Hökmə əsasən, E. Qəhrəmanlı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri