26 
Okt
2018
12:15
22
156
5270
Virtual karabakh

Polisin saxladığı avtomobildən heroin çıxdı

26 Okt, 2018
12:15
5270

Polisin saxladığı avtomobildən heroin çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri