23 
Noy
2018
11:14
13
111
9760
Virtual karabakh

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

23 Noy, 2018
11:14
9760

Aygün Bəylərin qardaşı məhkəməyə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətldə və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxasovla bağlı Ali Məhkəməyə müraciət edilib. 

Oxu.Az xəbər verir ki, həmin şəxslər barəsindəki hökmdən prokurorluq tərəfindən kassasiya şikayəti verilib və cəzaların ağırlaşdırılması istənilib. 

İş hakim Əli Seyfəliyevin icraatında araşdırılacaq. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsi 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi üzrə irəli sürülən itthamla bağlı bəraət alıblar. A.Hümmətov və C.Alxasov həm də qətl üzrə bəraət alıblar. 

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri