23 
Noy
2018
14:22
449
27
11193
Virtual karabakh

Bakıda 12 yaşlı oğlana təcavüz edən şəxsə - AĞIR CƏZA

23 Noy, 2018
14:22
11193

Bakıda 12 yaşlı oğlana təcavüz edən şəxsə - AĞIR CƏZA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, H.Məmmədov 14 il müddətində azadlıqdan məhrum edilib. 

İttihama görə, H.Məmmədov qonşusu 12 yaşlı Rəşad Hümbətovu (ad-soyad şərtidir) aldadaraq, qonşuluqdakı qeyri-yaşayış sahəsinə apararaq, orada ona qarşı seksual xarakterli hərəkətlər edib. 

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri