26 
Noy
2018
18:49
16
126
3714
Virtual karabakh

Zərərçəkmiş: İşə düzəlmək üçün bağça müdirinə pul verdim

26 Noy, 2018
18:49
3714

Zərərçəkmiş: İşə düzəlmək üçün bağça müdirinə pul verdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar ƏliyevanınAzər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Samirə Məmmədova ifadə verib. 

O bildirib ki, təqsirləndirilən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün əvvəlcə 700 manat, T.Bağırovanın özünə isə ayrılıqda 1000 manat pul verib:

“Yoldaşım Qarabağ əlilidir, onun pensiya kartı ilə pul götürüb, onlara vermişəm. Altı ay çalışdım, amma əməkhaqqımı vermədilər. Yalnız 300 manat pul ala bildim”. 

Sonra şahid Müşfiq Cavadov ifadə verib. O, həyat yoldaşını işə düzəltmək üçün T.Bağırova ilə A.Əliyevaya iki min manat pul verdiyini bildirib. 

Şahid qismində ifadə verən Reyhan Rəhmanova isə bildirib ki, nəvəsini bağçaya düzəltmək üçün T.Bağırova min manat pul verib:

“Sonra kürəkənimi də bağçada sürücü və mühafizəçi kimi işə düzəltmək üçün min manat pul verdim. Nəvəmin ikinci ayı üçün bağçaya 200 manat da pul istədilər və mən də verdim. Lakin sonradan bağçada aləm qarışdı. Aləmzəri tapa bilmədim, pulumu Tərlandan istədim. Tərlan mənə yalnız min manatı qaytardı. Nəvəm üçün verdiyim 200 manat da daxil olmaqla, 1200 manat pulumu ala bilmədim”.

T.Bağırova şahidin dediklərini təsdiqləyib və bildirib ki, R.Rəhmanova bir neçə şəxslə birgə onu girov götürüb, pulunu tələb edib. 

R.Rəhmanova isə T.Bağırovanı pulunu almaq məqsədilə girov götürdüyünü qeyd edib. 

Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri