27 
Noy
2018
12:21
166
54
4084
Virtual karabakh

Bakıda kabel oğrusu saxlanıldı - FOTO/VİDEO

27 Noy, 2018
12:21
4084

Bakıda kabel oğrusu saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Telefon Rabitəsi” MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. 

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tariyel Vəliyev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. 

Faktla bağlı istintaq tədbirləri aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri