28 
Noy
2018
16:37
115
25
7867
Virtual karabakh

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə cinayət işi açıldı - ÖZƏL

28 Noy, 2018
16:37
7867

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə cinayət işi açıldı - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Kərimov Vaqif Nofər oğluna qarşı cinayət işi açılıb. 

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, V.Kərimov külli miqdarda mənimsəmədə ittiham edilir.

Belə ki, o, idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib. 

Buna görə V.Kərimova qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri