29 
Noy
2018
15:32
11
107
7802
Virtual karabakh

Qonşunun arvadını oyadıb 150 manat pul istədim - MƏHKƏMƏ

29 Noy, 2018
15:32
7802

Qonşunun arvadını oyadıb 150 manat pul istədim - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

C.Əhmədov elan olunmuş ittihamla özünü təqsirli bilib. 

O deyib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib:

“Anamla tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərədəki “setka”nı cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim.

Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər”.

Proses dekabrın 10-da davam etdiriləcək. 

Qeyd edək ki, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək, yatan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O, daha sonra qadından 150 manat pul istəyib. Səsə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri