29 
Noy
2018
13:19
74
28
5405
Virtual karabakh

Arvadını bıçaqlayan alimə hökm oxundu

29 Noy, 2018
13:19
5405

Arvadını bıçaqlayan alimə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Qədirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığını nəzərə alıb. 

İttihama görə, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, A.Qədirov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidir, dosentdir. 

O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri