3 
Dek
2018
16:30
167
17
4298
yuxarı
Bakıda dostunu kürəyindən bıçaqlayan şəxs həbs edildi
3 Dek, 2018
16:30
4298
167
17
Bakıda dostunu kürəyindən bıçaqlayan şəxs həbs edildi
Nəsimi Rayon Məhkəməsində Nemət Alcanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Oxu.Az xəbər verir ki, məhkəmə verilən təqdimatı təmin edib.
N.Alcanov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, noyabrın 29-da saat 05:00 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.
Etibar Məmmədov
www.oxu.az
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək