10 
Dek
2018
11:21
38
191
7719
Virtual karabakh

Bakıda qız üstündə qan düşdü: 14 yaşlı oğlanı bıçaqladılar

10 Dek, 2018
11:21
7719

Bakıda qız üstündə qan düşdü: 14 yaşlı oğlanı bıçaqladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonunda gənclər arasında qız üstündə qan düşüb.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Üzeyir Rzayev həmyerlisi 2004-cü il təvəllüdlü Uğur Hüseynxanlını bıçaqlayıb. Yaralı dərhal yaxınlıqda yerləşən 3 saylı Sabunçu şəhər Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən azyaşlının vəziyyəti orta-ağırdır.

Hadisəni törədən Ü.Rzayev 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, cavanlar arasında mübahisə qız üstündə düşüb. Belə ki, bıçaqlanan Uğur, Üzeyirin sevdiyi qıza mesaj yazıb. Bundan xəbər tutan Rzayev isə dərhal haqq-hesab çürütmək qərarına gəlib və Uğuru görüşə çağırıb. Görüş zamanı isə özü ilə gətirdiyi bıçaqla 14 yaşlı gəncə bir neçə zərbə endirib.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri