19 
Dek
2018
12:26
285
25
7582
Virtual karabakh

Bacısı qızına təcavüz edən dayının şikayəti təmin edilmədi - MƏHKƏMƏ

19 Dek, 2018
12:26
7582

Bacısı qızına təcavüz edən dayının şikayəti təmin edilmədi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, prosesdə qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri