19 
Dek
2018
11:51
81
23
4606
Virtual karabakh

Zərərçəkmişlər məcburi gətiriləcəklər - Sahib İbrahimovun məhkəməsi

19 Dek, 2018
11:51
4606

Zərərçəkmişlər məcburi gətiriləcəklər - Sahib İbrahimovun məhkəməsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə işi üzrə məhkəmə prosesi başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində İsmayıl Cəfərov ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxsi tanımır. Onun sözlərinə görə, “Sahil-D” şirkətindən mənzili 2011-ci ildə alıb:

“Məzahir Cəfərovla görüşdüm, hissə-hissə 50 min manat ödədim. Sonradan məlum oldu ki, o mənzil məndən başqa iki nəfərə satılıb. Ancaq bu barədə məni narahat edən olmayıb və hazırda həmin mənzildə yaşayıram”. 

Təqsirləndirilən Sahib İbrahimov da zərərçəkmişi tanımadığını deyib. 

Zərərçəkmiş Eldəniz Cəfərov isə deyib ki, “Sahil - D” şirkətindən aldığı evi sonradan dostunun qohumuna satıb:

“Oradan kvadratı 1200 manata ev almışdım, sonra onu tanış adama satdım. 2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. Mən isə buna inanmadım, araşdırdım, Məzahirlə görüşdüm. O da dedi ki, problem yaranıb, həll ediləcək. Sonra da bu problem aradan qalxdı”. 

Zərərçəkmiş qeyd edib ki, S.İbrahimovu tanımır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. 

Sonra hakim Ramella Allahverdiyeva zərərçəkmişlərin məhkəməyə gəlmədiyini qeyd edib. Hakim deyib ki, onlar haqqında məcburi gətirilmə qərarı çıxarılıb. 

Proses dekabrın 26-dək təxirə salınıb. 

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara iki milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qismini ödəyib.

Etibar Məmmədov
 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri