26 
Dek
2018
17:55
258
222
72808
Virtual karabakh

Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB

26 Dek, 2018
17:55
72808

Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan mərhum edilib.

16:52

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.

O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər - Tural PoladxanovFuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib. 

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib. 

Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə “Xatırlayarsan, məni” mahnısını ifa edib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri