11 
Yan
2019
17:55
14
353
21682
Virtual karabakh

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - YENİLƏNİB

11 Yan, 2019
17:55
21682

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə şahidləri bildiriblər ki, öldürülən 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

O, Saatlı rayonunun Mir Cəlal kənd sakini olub. Qətl hadisəsi Salatın Əsgərova küçəsində baş verib.

Hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameralara baxış keçirilib, hadisə şahidləri istintaqa cəlb olunub.

Baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.  İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

17:15

Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, naməlum şəxs tərəfindən bıçaqlanan gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri hadisə yerinə gələndə həmin şəxs artıq ölü olub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur

Hazırda məsələ ilə bağlı araşdırma gedir.

İlhamə Əbülfət

Video: Baku.ws

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri