18 
Yan
2019
11:25
102
39
3948
Virtual karabakh

Xızıda civə alverçisi saxlanıldı

18 Yan, 2019
11:25
3948

Xızıda civə alverçisi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

DİN mətbuat xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılarkən E.Bayramovun üzərinə baxış zamanı ondan qanunla dövriyyəsi qadağan edilən zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri