25 
Yan
2019
15:00
47
274
6744
Virtual karabakh

Ukraynada azərbaycanlı dəstə saxlanıldı - YENİLƏNİB + FOTO/VİDEO

25 Yan, 2019
15:00
6744

Ukraynada azərbaycanlı dəstə saxlanıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarkovda saxlanılan azərbaycanlılardan ibarət dəstənin yeni cinayət əməlləri üzə çıxıb. 

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polis idarəsinin Xarkov vilayəti üzrə bölməsi məlumat yayıb. 

Məlum olub ki, onlar 2018-ci ilin yayında Zoloçev qəsəbəsində fermerin ailəsi ilə birlikdə yaşadığı evə hücum edərək, oradan 45 min dollar və qızıl-zinət əşyaları oğurlayıblar.

Bundan başqa, qruplaşma 2018-ci ilin payızında Valkovsk rayonunda daha bir fermerin evinə hücum edib. Dəstə üzvləri fermeri döyərək, onu qarət ediblər. 

Dəstənin saxlanma görüntüləri yayımlanıb. 

09:01

Ukraynanın Xarkov şəhərində polis zərgərlik mağazasına hücumda şübhəli bilinən altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb. 

Oxu.Az tsn.ua portalına istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polis rəisinin birinci müavini Vyaçeslav Abroskin məlumat verib. 

Onun sözlərinə görə, hadisə yanvarın 19-da Denropetrovsk vilayətində baş verib. Azərbaycanlılar mağazaya daxil olaraq, oranı qarət edib. 

Saxlanılma zamanı onların üzərindən 1,5 kiloqram qızıl-zinət əşyaları və odlu silah götürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri