30 
Yan
2019
16:20
12
103
4079
Virtual karabakh

Bizə dedilər ki, “Range Rover” yanır - MƏHKƏMƏ

30 Yan, 2019
16:20
4079

Bizə dedilər ki, “Range Rover” yanır - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Yol Polisi əməkdaşı Fazil Məmmədov ifadə verib. 

O deyib ki, təqsirləndirilən şəxs Xəyal Məmmədovla birlikdə nahar ediblər və bundan sonra Xəyal işi olduğunu deyərək, gedib: 

“O gedəndən bir müddət sonra isə qəza baş verdiyini eşitdim”. 

Digər şahid Qalib Mirzəyev də eyni məzmunlu ifadə verib. O, hadisə yerində olmadığını və bu səbəbdən hadisənin necə baş verdiyini bilmədiyini deyib. Şahid bildirib ki, X. Məmmədovla birlikdə nahar edərkən, spirtli içki qəbul etməyiblər. 

Polis əməkdaşı Şamo Məmmədov qeyd edib ki, hadisə barədə axşam saatlarında növbətçi hissəyə məlumat daxil olub:

“Bizə dedilər ki, “Range Rover” markalı avtomobil yanır. Mən də bu barədə Xəyaldan soruşdum, o da dedi ki, yanan avtomobil mənimdir”. 

Sonra X. Məmmədovun vəkili Əli Hüseynov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov, müstəntiq və iki hal şahidin məhkəmədə dindirilməsi haqqında vəsatət verib. 

Hakim isə bildirib ki, əsas şahidlər dindirildikdən sonra, bu vəsatətə baxılacaq. 

Proses fevralın 6-dək təxirə salınıb. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri