30 
Yan
2019
16:55
126
33
2124
Virtual karabakh

Qusarda evə basqın edən şəxslər cəzalandırıldı

30 Yan, 2019
16:55
2124

Qusarda evə basqın edən şəxslər cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Ağaxanov doqquz və B.Nurullayev isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər. 

Belə ki, N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2015-ci ilin mart ayında maska taxaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək, B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar. 

Onlar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri