31 
Yan
2019
17:36
443
37
5167
Virtual karabakh

Bakıda 20 qadına qarşı əxlaqsızlıq edənin həbs müddəti artırıldı

31 Yan, 2019
17:36
5167

Bakıda 20 qadına qarşı əxlaqsızlıq edənin həbs müddəti artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Məhkəməsində 20 qadına qarşı əxlaqsızlıq edən Rauf Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən təqdimata baxılıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub. 

R.Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç aya qədər artırılıb. 

İttihama görə, ötən il sentyabrın 20-də Xətai rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

Rauf Süleymanov ifadəsində Xətai, eləcə də, ətraf rayonların ərazisində 20-ə yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.

İlkin olaraq istintaq orqanı tərəfindən Rauf Süleymanovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Daha sonra əlavə olaraq Rauf Süleymanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri