16 
Fev
2019
16:49
223
50
11116
Virtual karabakh

Bakıda üç ildir axtarışda olan şəxs tutulub

16 Fev, 2019
16:49
11116

Bakıda üç ildir axtarışda olan şəxs tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən və üç ildir axtarışda olan şəxs Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki şəhər sakini, 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan 56 yaşlı Azər Zəkərəliyev 9-cu polis bölməsinin və Baş İnformasiya Kommunikasiya İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaxalanıb.

A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri